Pentaqondan qəribə tender: Kitablar alırbackend

Pentaqondan qəribə tender: Kitablar alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon (ABŞ Müdafiə Nazirliyi) Çin və Rusiyanın hərbi strategiyası haqqında Qərb müəllifləri tərəfindən yazılmış kitabların alınması üzrə tender elan edib.

Müvafiq məlumatlar ABŞ-nin dövlət satınalmaları saytında yerləşdirilib.

Nazirlik öz kitabxanasına Ofer Fridman, Endryu Morqan, Samuel Ramaninin və digər müəlliflərin Rusiyanın hərbi strategiyasına, o cümlədən Ukraynadakı münaqişəyə, habelə Çinin strategiyasına və süni intellekt məsələlərinə həsr olunmuş kitablarını əlavə etməyi düşünür.

Hər nəşrin müqavilə qiyməti 600 dollardır. Pentaqon tenderi iyunun ortalarına qədər bağlamağı planlaşdırır.

Tender qeydində yazılıb ki, kitablar dərsliklər kimi ABŞ Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin hazırlanması üçün istifadə olunacaq.

Oxu.az