Pentaqondan Rusiyaya xüsusi mesaj: Qara dənizə gəmilər göndəriləcəkbackend

Pentaqondan Rusiyaya xüsusi mesaj: Qara dənizə gəmilər göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon yaxın bir neçə həftə ərzində hərbi gəmilərini Qara dənizə göndərməyi düşünür.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.

Pentaqon Rusiyanın Ukraynanın şərq sərhədindəki hərbi mövcudluğunu artırması fonunda Ukraynaya dəstək nümayiş etdirmək istəyir.

ABŞ Hərbi Dəniz Qüvvələri mütəmadi olaraq Qara dənizdə fəaliyyət göstərir, lakin hərbi gəmilərin hazırkı yerləşdirilməsi Moskvaya xüsusi bir mesajdır.

Gəmilərin 1936-cı il müqaviləsinə əsasən, Türkiyə boğazlarından keçməklə, Qara dənizə girmək niyyəti barədə 14 gün əvvəl bildiriş vermə tələb olunur. Hələ ki belə bir bildirişin göndərilib-göndərilmədiyi aydın deyil.

Müdafiə rəsmisi, həmçinin, Krımdakı hərbçilərin hərəkətlərini izləmək üçün Qara dəniz üzərindəki beynəlxalq hava məkanında kəşfiyyat təyyarələrinin uçuşlarına davam etdiyini bildirib.