Pentaqonun keçmiş müşaviri ABŞ daxilində müharibə riskləri barədə xəbərdarlıq edibbackend

Pentaqonun keçmiş müşaviri ABŞ daxilində müharibə riskləri barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər ABŞ rəsmiləri ölkənin cənub sərhədindəki vəziyyətə məhəl qoymamağa davam edərlərsə, ABŞ-ın özündə də müharibə aparacaqlar.

Editor.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor özünün YouTube kanalı Danial Davis/Deep Dive-də bildirib.

Onun sözlərinə görə, ABŞ-Meksika sərhədində qeyri-qanuni mühacirlərin vəziyyəti o qədər ciddidir ki, hərtərəfli müharibə başlaya bilər. Makqreqorun sözlərinə görə, Hizbullah hərəkatının Meksikada öz hücrəsinin olması vəziyyəti daha da pisləşdirir.

Bundan əvvəl ABŞ Milli Sərhəd Mühafizə Şurasının vitse-prezidenti Art Del Cueto bildirib ki, Ağ Ev prezidenti Co Baydenin siyasətlərinin Amerika sərhədçiləri tərəfindən dəstəklənməsinə dair bəyanatı doğru deyil.

//Gülnarə Abasova, Editor.az