Pentaqonun keçmiş müşaviri Makqreqor avropalıların inqilab olmadan “dağılmaqda olan” Avropa İttifaqında (Aİ) hakimiyyəti dəyişə biləcəyinə şübhə ilə yanaşdığını bildirib.
Editor.az xəbər verir ki, Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor X sosial media platformasındakı paylaşımında belə yazıb. O, NATO-nu “gəzən cəsəd” kimi təsvir edib və qeyd edib ki, avropalılar Brüssel və qlobalistlər tərəfindən idarə olunmaq istəmirlər.
Macqreqor sosial şəbəkədəki paylaşımında NATO və Aİ ilə bağlı aşağıdakı qiymətləndirməni edib:
“NATO yeriyən cəsəddir və AB dağılır. Avropalılar Brüssel və ya qlobalistlər tərəfindən idarə olunmaq istəmirlər. Çətin olan bu insanlardan qurtulmaqdır. Bunu inqilabsız etmək olarmı, bilmirəm”.
//Gülnarə Abasova, Editor.az