Pentaqonun keçmiş müşaviri- Rusiya dəqiq və hərtərəfli hücumlarla Ukrayna ordusunu məğlub edəcəkbackend

Pentaqonun keçmiş müşaviri- Rusiya dəqiq və hərtərəfli hücumlarla Ukrayna ordusunu məğlub edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş müşaviri və istefada olan polkovnik Duqlas Makqreqor bəyan edib ki, dəqiq və hərtərəfli artilleriya zərbələri Rusiyanın Ukrayna Silahlı Qüvvələrini məğlub etməkdə uğurunu təmin edib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə ABŞ müdafiə nazirinin xüsusi müşaviri vəzifəsində çalışmış istefada olan polkovnik Duqlas Makqreqor Judging Freedom kanalına etdiyi çıxışında Rusiyanın Ukrayna hərbçilərini məğlub etməsini təmin edən amilləri sadalayıb.

“Son yüz ildə müharibələr dəqiq, dağıdıcı atəş gücü ilə qazanılıb. Bizdə belə sistemlər var, təəssüf ki, eyni sistemlər ruslarda və çinlilərdə də var. Uzun illər bu sahədə yaşadığımız monopoliya keçmişdə qalıb”, – deyə o, bildirib. Moskvanın toqquşmalarda müvəffəqiyyətli olmaq üçün artilleriya atəşinin yalnız dəqiq deyil, həm də hərtərəfli olması lazım olduğuna işarə edən ekspert, “Qazanmaq istəyirsinizsə, çoxlu raket, top gülləsi və sursat lazımdır. Rusiyada bu komponentlərin hər ikisi var”, deyib.

Makqreqor daha əvvəl bildirmişdi ki, Ukrayna ordusunun xüsusi hərbi əməliyyatın cənub istiqamətində müdafiəsi uğursuz olub. Amerikalı ekspert bəyan edib ki, Rusiya ordusu səriştəli kəşfiyyat qoşunları və rəhbərliyindən istifadə edərək qabaqcıl taktikası sayəsində cəbhəni sıxışdırıb irəliləyə bilib.

//Gülnarə Abasova, Editor.az