Pentaqonun keçmiş müşaviri Rusiya ilə müharibə ssenarisindən danışdıbackend

Pentaqonun keçmiş müşaviri Rusiya ilə müharibə ssenarisindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki güc arasında hipotetik hərbi qarşıdurma baş verərsə, Pentaqon ordunu Avropaya köçürmək qərarına gəlsə, Rusiya sualtı donanması Amerika gəmilərini batıra biləcək.

Editor.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri Duqlas Makqreqor Stiven Qardnerə müsahibəsində deyib. Makqreqor qeyd edib ki, Rusiya dənizdə super güc deyil, lakin onun sualtı donanması var. “Bu sualtı donanma onunla döyüşmək üçün göndərilən gəmiləri batırmağa qadirdir. Biz quru qoşunlarımızı Avropaya köçürə bilməyəcəyik, çünki Atlantik okeanındakı sualtı qayıqlar Şimali Amerikadan oraya gedən hər şeyi batıracaq”,- deyə o bildirib. Makqreqor vurğulayıb ki, bu gün yalnız iki növ gəmi var: sualtı qayıq və onun hədəfi.

//Gülnarə Abasova, Editor.az