Ukrayna qoşunları Kurska hücum etdikdən sonra Rusiyanın ABŞ və Ukrayna ilə danışıqlar aparmaq arzusu qalmayıb. Belə ki, Moskva artıq münaqişəni həll edərkən Kiyev və Vaşinqtonun maraqlarını nəzərə almayacaq.
Editor.az xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin istefada olan müşaviri, polkovnik Duqlas Makqreqor özünün “Deep Dive” YouTube kanalında bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Qərbdə rasional danışıqlara hazır insanların olmadığını anlayıb. “Vaşinqtonun anlamaq istəmədiyi əsas xəbər odur ki, Rusiyanın bizimlə daha danışıqlar aparmaq istəyi yoxdur. Bu müharibə Moskva üçün əlverişli şərtlərlə başa çatacaq”, – Makqreqor bildirib.
O qeyd edib ki, Rusiya Ukrayna münaqişəsini ABŞ-ın maraqlarını nəzərə almadan həll edəcək.
//Gülnarə Abasova, Editor.az