Pentaqonun sabiq rəhbərindən “F-35” qırıcıları barədə sərt ifadəbackend

Pentaqonun sabiq rəhbərindən “F-35” qırıcıları barədə sərt ifadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller istefa verməzdən bir qədər əvvəl beşinci nəsil “F-35” qırıcıları barədə “bir parça…” ifadəsini işlədib.

Editor.az  APA-ya istinadən bildirir ki, mətbuat konfransının stenoqramı Pentaqonın rəsmi saytında yerləşdirilib.

Tədbir zamanı Miller amerikalı pilotla söhbətindən danışıb. Pentaqon rəhbəri vəzifəsinin içraçısının sözlərinə görə, o, pilotun hansı təyyarədə uçduğunu soruşub və “F-35” cavabını aldıqda Miller deyib:

“Mən dedim: bu bir parça… Və o güldü. Dedim: “Xeyr, ciddiyəm, mənə onun barəsində danış”, – deyə Miller bildirib. Bununla yanaşı, o, pilotun “F-35”-i “inanılmaz təyyarə” adlandırdığını da əlavə edib:

“Düşünürəm ki, biz bir yırtıcı yaratmışıq, amma bunu siz onsuz da bilirsiniz”.

Qeyd edək ki, K.Miller bu vəzifəyə keçmiş prezident Donald Tramp tərəfindən ötəl il noyabrın 9-da təyin edilmişdi. O, ABŞ-da yeni administrasiyanın gəlişindən qabaq istefa verib.