Pep Quardiolaya sürpriz təklifbackend

Pep Quardiolaya sürpriz təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brazilya Milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatından sonra baş məşqçi Tita ilə yolları ayırmağı düşünür.

Editor.az “Sporx” a istinadən xəbər verir ki, Brazilyanın məqsədi hər zaman olduğu kimi bu dəfə də dünya çempionu olmaqdır. Ancaq paralel olaraq bu çempionatdan sonra boş qalacaq baş məşqçi postu üçün də axtarışlar başlayıb.

Brazilya Futbol Federasiyanın prezidenti Ednaldo Rodrigez milli komandaya baş məşqçi qismində dəvət edəcəyi şəxs futbol ictimaiyyəti üçün sürpriz olub. Belə ki Rodrigez “Mançester Siti”nin baş məşqçisi Pep Quardiolanı Brazilya futboluna rəhbərlik etməsini istəyir.

Federasiya Prezidenti qeyd edib ki, bütün imkanlarımızdan istifadə edib Quardiolanı Brazilya milli komandasının baş məşqçisi olmağa razı salacaq. Federasiya tərəfindən Quardiolaya 4 illik müqavilə və illik 12 milyon avro maaş təklif olunacaq. Ancaq “şəhərlilər”in baş məşqçisinin bu təklifə necə reaksiya verəcəyi bilinmir. Çünki Quardiola Mançester təmsilçisindən illik 20 milyon məvacib alır. Bundan əlavə isə “şəhərlilər”lə bağladığı müqavilənin müddəti 2023-cü ildə bitəcək.

//Editor.az