Pep Qvardiola: “Finala çox yaxın idik, ancaq bacarmadıq”backend

Pep Qvardiola: “Finala çox yaxın idik, ancaq bacarmadıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Mançester Siti” “Real Madrid”in qonağı olub.

Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə 3:1 məğlub olan “şəhərlilər” Çempionlar Liqasında mübarizəni dayandırıb.

Matçdan sonra “Mançester Siti”nin baş məşqçisi oyun haqqında fikirlərini bölüşüb:

“Finala çox yaxın idik, ancaq bacarmadıq. Bu qədər sadə… İlk hissədə çox da yaxşı olmasaq da heç bir problemlə üzləşmədik. Vurduğumuz qoldan sonra daha yaxşı oynadıq. “Real Madrid” son 10 dəqiqədə təzyiqi artırdı, bir çox oyunçusu cərimə meydançamıza gəldi və iki top vurdular. Ancaq bu problem deyil. Əsas olan Çempionlar Liqasının yarımfinalında idik. Yəqin futbolçular üzərlərində təzyiq hiss ediblər. Futbolda nəticənin necə olacağı bilinmir. Qarşımızda 4 oyun var. Onları düşünməliyik”.

//Nəzərbəy, Editor.az