Pep Qvardiola: “Hər kəs “Liverpul”u dəstəkləyir”backend

Pep Qvardiola: “Hər kəs “Liverpul”u dəstəkləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola son turda “Nyukastl” üzərində 5:0 qalib gəldikləri matçdan sonra açıqlama verib.

Editor.az “sporx” a istinadən xəbər verir ki, Qvardiola hər kəsin “Liverpul”u dəstəklədiyini bildirib.

“Bundan bir həftə öncə heç kəs bizə inanmırdı. Bu ölkədə media da daxil olmaqla, hər kəs “Liverpul”u dəstəkləyir. Düzdür, “Liverpul” Avropada böyük nailiyyətlər əldə edir. Ancaq Premyer Liqada vəziyyət belə deyil. Klubun son otuz ildə bir çempionluğu var. Son 9 xalı qazanaraq çempion olmaq istəyirik. Hər şey qarşıdakı iki oyunda bəlli olacaq. Taleyimiz öz əlimizdədir”,- deyə Qvardiola bildirib.

//Nəzərbəy, Editor.az