Pep Qvardioladan Holandla bağlı ŞOK AÇIQLAMAbackend

Pep Qvardioladan Holandla bağlı ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Holandla bağlı vacib açıqlama verməliyəm, ancaq “Dortmunt” və “Mançester” rəhbərliyi transfer prosesi başa çatmadan heç bir söz deyə bilməyəcəyimi bildirib. Buna görə üzr istəyirəm. Heyətimizdə bir dənə 9 nömrəmiz var, o da Cabriel Cesusdur. Akademiyadan gələn yeni oyunçularımız, başqa transferlərimiz də olacaq. Ancaq qol vurmaqla olan problemimizi bir hücumçunun gəlib həll edəcəyinə inanmıram”.

Editor.az “sporx” a istinadən xəbər verir ki, bu sözləri “şəhərlilər”in baş məşqçisi Qvardiola Holandla bağlı açıqlamasında deyib.

“Sky Sport”un məlumatına görə,  Erlinq Holand artıq “Dortmund” rəhbərliyinə mövsümün sonunda klubda qalmaq istəmədiyini bildirib. Məsələdən dərhal sonra “Mançester Siti” nümayəndələri Almaniya təmsilçisi ilə əlaqə saxlayıb. Onlar Holandın azad agent statusu alması üçün 75 milyon avronu ödəməyə hazır olduqlarını bildiriblər. 2024-cü ilə qədər “Borussiya Dortmund”la müqaviləsi olan Holandın bu həftə sonu müqaviləsinə xitam veriləcək.

Qeyd edək ki, Holand “Maneçster Siti”nin heyətində ildə 27 milyon sterlinq qazanacaq. Müqavilədən sonra  21 yaşlı oyunçu bu qazancla İngiltərə Premyer Liqasının ən çox qazanan oyunçusu olacaq.

//Nəzərbəy, Editor.az