Perm Universitetində silahlı insident törədərək tələbələrə atəş açan birinci kurs tələbəsi Timur Bekmansurovun reanimasiyadan fotosu yayılıb.
Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fotonu Shot teleqram kanalı yayıb. Kanalın məlumatına görə, Bekmansurov süni nəfəs aparatından ayrılıb və adi palataya köçürülməyə hazırlanır.
Xatırladaq ki, sentyabrın 20-də Bekmansurovun törətdiyi atışma nəticəsində 8 nəfər həlak olub. Timur Bekmansurovu 20 ildən başlayaraq ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.


