Peruda 6,2 bal gücündə zəlzələ baş veribbackend

Peruda 6,2 bal gücündə zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerikanın Peru ölkəsində 6,2 bal gücündə zəlzələ baş verib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri Perunun İray bölgəsində olan 6,2 bal gücündə zəlzələnin yerin 93,4 kilometr dərinliyində baş verdiyini bildirib. Can və mal itkisi ilə bağlı açıqlama verilməyib. Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Peru “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

Qeyd edək ki, zəlzələnin ölçüsü və intensivliyi ilə bağlı anlayışların ictimaiyyət tərəfindən istifadə edilməsində çox vaxt səhvlərə yol verilə bilər. Zəlzələ gücü zəlzələ nəticəsində ayrılan ümumi enerjini xarakterizə edən instrumental ölçmə və hesablama nəticəsində tapılan dəyərdir.

//Səbinə Hüseynli, Editor.az