Peruda 7.2 bal gücündə zəlzələ olubbackend

Peruda 7.2 bal gücündə zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun cənubunda güclü zəlzələ baş verib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasının 7,2 olduğunu açıqlayıb. Eyni açıqlamada zəlzələnin 218 kilometr dərinlikdə baş verdiyi də bildirilib. Zəlzələ Perunun Arekipa, Tacna və Kusko kimi şəhərlərində, eləcə də qonşu Boliviyanın paytaxtı La Pazda da hiss olunub.

Yerli mətbuatın məlumatına görə, zəlzələ nəticəsində insan tələfatı və ya dağıntılar barədə hələlik məlumat yoxdur.

//Nəzərbəy, Editor.az