Peruda koronavirusun Braziliya ştammı aşkarlandıbackend

Peruda koronavirusun Braziliya ştammı aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada yaxın zamanlarda qeydə alınan yeni koronavirus ştammına yoluxmanın ilk halları Peruda aşkarlanıb.

Bu barədə respublikanın səhiyyə naziri Pilar Massetti Soler bildirib.

“Koronavirusun Braziliya ştammı Lima, Loreto və Uanuko bölgələrində də qeydə alınıb”, – nazir deyib.

Xatırladaq ki, Braziliyada koronavirusun bu mutasiya etmiş növü ötən il dekabr ayının sonunda məlum olub, Rio-de-Janeyro ştatında yarandığı ehtimal olunur.

//Trend