Perunun Pataz əyalətində “Poderosa” şirkətinə məxsus mədənə silahlı basqın edilib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Peru Daxili İşlər Nazirliyindən verilən açıqlamada silahlı basqın edənlərin mədəndə 4 nəfəri girov götürdüyü, basqın zamanı 9 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilib. Açıqlamada təhlükəsizlik qüvvələrinin mədəndəki vəziyyəti nəzarətə götürdüyü və 7 nəfərin saxlanıldığı bildirilib. Eyni zamanda, hücum edənlərin partlayıcıdan istifadə edərək şaxtaya girdikləri də ifadə edilib.
Ponderosa tərəfindən edilən açıqlamada basqın zamanı yaralanan 10 mədənçinin vəziyyətinin ağır olduğu bildirilib.
//Səbinə Hüseynli, Editor.az