Peruda sürüşmə: 150 ev torpaq altında qalıbbackend

Peruda sürüşmə: 150 ev torpaq altında qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun Huantar rayonunda torpaq sürüşməsi baş verib. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, torpaq sürüşməsi zamanı 150 ev torpağın altında qalıb.

Perunun müdafiə naziri Joze Luis Qavida bildirib ki, ölkə prezidenti Pedro Kastro gələn həftə təbii fəlakət baş verən bölgəyə səfər edəcək. O qeyd edib ki, insan tələfatı ilə bağlı hər hansısa bir məlumat yoxdur. Bildirilib ki, bir nəfər yaşlı kişinin ərazini tərk etmək istəmədiyi üçün torpaq sürüşməsi zamanı öldüyü iddia edilir. Ancaq hələ də bu iddia öz təsdiqini tapmayıb.

//Nəzərbəy, Hacıağayev, Editor.az