Perunda mer koronavirusdan vəfat edibbackend

Perunda mer koronavirusdan vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun Kusko şəhərinin meri Rikardo Valderrama koronavirus infeksiyasının yaratdığı fəsadlardan vəfat edib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bələdiyyənin mətbuat xidməti bildirib.

Məumatda bildirilib: “Kusko vilayətinin bələdiyyəsi merimizin doktor Rikardo Valderrama Fernandesin vəfatından dərin təəssüf hissi keçirir və ailəsinə başsağlığı verir”.

2019-cu ilin dekabrında vəzifəsinə başlayan 75 yaşlı bələdiyyə başçısı 24 iyulda koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirildi. O süni tənəffüs aparatına qoşulmuşdu.