Pərvin Abıyeva onu qınayanları təhqir etdi: “… yeyin!“ – Videobackend

Pərvin Abıyeva onu qınayanları təhqir etdi: “… yeyin!“ – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddətdir qalmaqallı açıqlamaları ilə gündəmdə olan aktrisa Pərvin Abıyeva yenidən müzakirələrə səbəb olub.

Editor.az xəbər verir ki, “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə görə tənqid olunan aktrisa onu qınayanlara sərt cavab verərək onları təhqir edib:

“Bəzi qızlar çıxıb deyirlər ki, “biz kasıb oğlana gedərik”.  … yeyin! Ağzımı açdırırlar. Kasıb oğlanla “Galenvagen”i olan iki oğlan gəlib desə ki, səninlə evlənirəm. Görüm onda kasıba gedərsinizmi? Dabanla ayaqyalın “Galenvagen”in dalında oturarsınız! Bir ömür boyu da qul olmağa razı olarsınız. Bir az vicdanınız olsun, sözün düzünü deyəndə adamı düşmən elan edirsiniz. Mən istəmirəm ölkəmin hansısa oğlanı qadından mədət umsun, kömək istəsin. Mən istəyirəm ki, bizim oğlanlarımız əziyyət çəksin, işləsin övladlarını dolandırsın. Anladınız indi?”

Aktrisanın bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, onun izləyiciləri ilə bağlı dediyi sözlər sərt tənqid olunub.

Həmin görüntüləri təqdim edirik:

Loading...