Pərviz Müşərrəf öldübackend

Pərviz Müşərrəf öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətə xəyanətdə təqsirli bilinərək edama məhkum edilən Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra Dubayda vəfat edib.

Editor.az xəbər verir ki, bu barədə Pakistan mətbuatına istinadən “Reuters” agentliyi məlumat yayıb. Qeyd edək ki, General Pərviz Müşərrəf Pakistanda 1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib. O, 2001-2008-ci illərdə ölkəni prezident kimi idarə edib.

Pərviz Müşərrəf impiçment təhlükəsi ilə bağlı parlamentin təzyiqi ilə istefa verdikdən sonra, korrupsiyada və konstitusiyanı pozmaqda ittiham olunub. 2013-cü ildə o, “vətənə xəyanətdə” təqsirli bilinərək edam cəzasına məhkum edilib. Müstəntiqlərin fikrincə, Müşərrəf 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etmək və Ali Məhkəmə üzvlərinin həbsinə göstəriş verməklə vətənə xəyanət edib. Eks-prezident uzun müddət mühacirətdə yaşadığı Dubaya qaça bilib. Pakistan kəşfiyyat orqanlarının məlumatına görə, Pərviz Müşərrəf 2003-2005-ci illər arasında üç sui-qəsd cəhdindən sağ çıxıb və daha 14 sui-qəsdin isə qarşısı alınıb.

  //Samir Qurbanov, Editor.az