Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) “Survivor All Star” yarışında mübarizəsi ilə diqqət mərkəzinə düşüb.
Editor.az xəbər verir ki, ötən gün “ödül oyunu”nda çıxdığı hər 3 oyunda rəqiblərini məğlub edən Pərviz komandasına ən çox xal qazandıran iştirakçı olub. Lakin “qırmızılar” komandasında yer alan Pərvizin bu möhtəşəm performansı “Survivor All Star”ın mükafat yarışını qazanması üçün kifayət etməyib.
Dünənki yarışda komandasının bütün komponentlərdə ən yaxşısı olan Pərviz komandasının yemək mükafatını qazana bilməməsindən məyusluğunu gizlədə bilməyib. O, bu məğlubiyyəti yerə uzanıb iki əli ilə başını tutaraq qəbul etmək məcburiyyətində qalıb.
Yarışın aparıcısı Murat yüksək qiymətləndirib. Onun normal halda iki nəfərin daşıya bilmədiyi ağır çəlləyi tək hədəfə yerləşdirməsi komanda yoldaşları tərəfindən təəccüblə qarşılanıb.







