“Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunacaqbackend

“Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 29-da Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə reallaşdırılan “Peşəkarla görüş” layihəsinin növbəti tədbiri keçiriləcək.

MDU-dan Editor.az -a bildirilib ki, “Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat” mövzusunda təşkil olunacaq görüşdə iştirak etmək istəyənlər metbuat@mdu.edu.az elektron poçt ünvanına müraciət göndərə bilərlər.

Görüşün qonağı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev olacaq.

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər.