Peskov: “İsrail-Fələstin gərginliyində balans saxlanılmalıdır, yalnız bu, həll prosesində iştirak etmək hüququ verir”backend

Peskov: “İsrail-Fələstin gərginliyində balans saxlanılmalıdır, yalnız bu, həll prosesində iştirak etmək hüququ verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov İsrail-Fələstin münaqişəsindən danışarkən Rusiyanın tərəflər arasında bərabər məsafə saxlamalı olduğunu, lakin bu münasibətin ona həll prosesində iştirak etmək hüququ verəcəyini bildirib.

Editor.az xəbər verir ki, o bu barədə “Rossiya-1” televiziyasına danışıb.

Kremlin sözçüsü Moskvanın balanslı addım atmasının vacib olduğunu vurğulayıb. Rusiyanın həm fələstinlilər, həm də israillilərlə çoxdankı tarixi əlaqələri olduğuna diqqət çəkən Peskov, “İsrailə köçən və onların təhlükəsizliyini təmin edən milyonlarla vətəndaşımız bizi bir-birimizə bağlayır”,- deyə bildirib.

//Gülnarə Abasova, Editor.az