Peskov: “Kreml Çinin Rusiya-Ukrayna sülh planını dəstəkləyir”backend

Peskov: “Kreml Çinin Rusiya-Ukrayna sülh planını dəstəkləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi üçün Çinin təklif etdiyi sülh planı Moskvadan dəstək alıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Moskvada jurnalistlərə açıqlama verən Dimitri Peskov Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 10-cu sanksiya paketini dəyərləndirərkən bildirib.

Peskov qeyd edib ki, sanksiyalar siyahısına daxil olan insanlar orada olmamalıdır:“Görünür, Qərbin sanksiyalar tətbiq edəcəyi şəxslərin sayı kifayət qədər deyil”.

Peskov eyni zamanda, Ukrayna probleminin həlli ilə bağlı Çinin sülh planına da münasibət bildirib:”Problemin sülh yolu ilə həllinə töhfə verəcək planların hazırlanmasına hər hansı şərt diqqətdən yayınmamalıdır. Çinli dostlarımız bu məsələdə çox diqqətlidir”.

Planın təfərrüatlarının araşdırılması və tərəflərin maraqlarının nəzərə alınması lazım olduğunu bildirən Peskov bunun “uzun” və “gərgin” proses olduğunu vurğulayıb. “Hazırda bu hadisənin sülhə doğru irəliləməsi üçün heç bir ilkin şərt görmürük Biz xüsusi hərbi əməliyyat keçiririk. Qarşıya qoyulan hədəflərə doğru irəliləyirik”, – Peskov bildirib.

//Safura Bənnayeva, Editor.az