Kreml Ukraynanın maliyyələşdirilməsi ilə bağlı vəziyyəti izləyir.
Editor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Fevralın 1-də Brüsseldə Aİ-nin xüsusi sammiti keçiriləcək və burada Ukraynaya 50 milyard avro ayrılması məsələsi müzakirə olunacaq. “Əlbəttə, biz bütün məlumatları izləyirik. Kiyevin problemlərinin davam etdiyini başa düşürük. Kollektiv Qərbin də problemləri var. Qərarların qəbulu prosesinə nəzarət edəcəyik”, – Kreml sözçüsü bildirib.
Britaniyanın “Financial Times” qəzeti yazıb ki, Avropa İttifaqı ölkələrinin liderləri fevralın 1-də keçiriləcək növbədənkənar iclasda Macarıstanın baş naziri Viktor Orbanı Aİ-nin Ukraynaya 50 milyard avroluq yardımın ayrılmasını təsdiqləməyə razı salmaq üçün son cəhd edəcəklər.
//Gülnarə Abasova, Editor.az

