Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu gələn həftənin ilk yarısında qəbul edəcək.
Editor.az xəbər verir ki, Bunu Kremlin mətbuat katibi Dmitri Peskov RIA Novosti-yə açıqlayıb.
«Həftənin ilk yarısı. Dəqiq tarixi vaxtında elan edəcəyik», — deyə Peskov bildirib.
Qeyd edək ki, Putin daha əvvəl Uitkoffun Ukrayna ilə bağlı danışıqlarda iştirakını gözlədiyini və onun Rusiyaya qarşı «mehribanlıq» iddialarının əsassız olduğunu vurğulayıb.
//Samir Qurbanov, Editor.az

