Peskov: “Putin və Ərdoğan lazım gələrsə, tez görüşə bilərlər”backend

Peskov: “Putin və Ərdoğan lazım gələrsə, tez görüşə bilərlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə prezident Rəcəb Tayyib Ərdoğanın növbəti görüşünün dəqiq tarixinin olmadığını, iki liderin tezliklə görüşə biləcəyini deyib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, o, Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində RBK televiziyasına danışıb.

Avropanın Vaşinqton tərəfindən ciddi təzyiqlərə məruz qaldığını bildirən Peskov deyib: “Hazırda demək olar ki, bütün Avropa paytaxtları çılğın rusofobiya virusuna tutulub, suverenlik çatışmazlığından əziyyət çəkirlər və Vaşinqtonun ciddi təzyiqi altındadırlar. Amma bunu demək istəyirəm. Dostlar, səviyyəni bu qədər aşağı salmayın, unutmayın ki, gələcəkdə bu cür fikirləri kağıza saldığınız üçün utanacaqsınız”.

//Gülnarə Abasova, Editor.az