Peskov: Putinin Kalininqrada səfəri NATO ölkələrinə mesaj deyilbackend

Peskov: Putinin Kalininqrada səfəri NATO ölkələrinə mesaj deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putinin Kalininqrada səfəri ilə bağlı dəyərləndirmələr edib.

Editor.az bu barədə rus mətbuatına istinadla xəbər verir.

Peskov bildirib ki, Putinin etdiyi dövlətin inkişafı üzərində işləməkdir. O əlavə edib ki, Putin uzun illərdir ki, bütövlükdə Rusiya Federasiyasının və ölkə regionlarının inkişafı üçün çalışır, iqtisadiyyatın inkişafına, ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına yönəlmiş layihələr həyata keçirir. O, həmçinin qeyd edib ki, Rusiya prezidentinin Kalininqrada uçarkən təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şey edilib.

Peskov həmçinin Rusiya Rusiya prezidenti Vladimir Putinin Kalininqrada uçması üçün Litvadan birbaşa hava dəhlizi tələb etmədiyini də diqqətə çatdirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin yanvarın 25-də Kalininqrada səfər edəcək və Tatyana Günü münasibətilə Kant Universitetinin tələbələri ilə söhbət edəcək.

//Gülnarə Abasova, Editor.az