Rusiya lideri Vladimir Putinin Türkiyə səfəri böyük maraqla gözlənildiyi halda səfərlə bağlı Kremldən yeni açıqlama gəlib.
Editor.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıqların intensiv şəkildə davam etdiyini bildirib.
Peskov açıqlamasında Putinin çoxdan gözlənilən Türkiyə səfərinin nə vaxt baş tutacağı ilə bağlı sualı cavablandırıb. Hazırlıqların intensiv şəkildə davam etdiyini bildirən Peskov tarixin hələ dəqiqləşmədiyini deyib.
Qeyd edək ki, iyulun əvvəlində Qazaxıstanın paytaxtı Astanada keçirilən 24-cü Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına fəxri qonaq qismində qatılan prezident Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Putinlə görüşüb.
//Gülnarə Abasova, Editor.az

