Peskov: “Rusiya atəşkəs üçün şərtlərin siyahısını hazırlayıb Ukraynaya ötürəcək”backend

Peskov: “Rusiya atəşkəs üçün şərtlərin siyahısını hazırlayıb Ukraynaya ötürəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya atəşkəs üçün şərtlərin siyahısını hazırlayıb Ukrayna tərəfinə ötürəcək”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən, biz atəşkəs üçün şərtlərin siyahısını mübadilə etməklə bağlı razılaşdıq, iş davam edir. Rusiya tərəfi belə bir siyahını hazırlayacaq və Ukrayna tərəfi ilə mübadilə edəcək. Orada məhz nəyin olacağını yəqin ki, anons etmək lazım deyil, danışıqlar hələ də davam edir və qapalı rejimdə aparılmalıdır” , – deyə o vurğulayıb.

D.Peskov qeyd edib ki, Moskva İstanbulda keçirilmiş görüşdə tərəflərin irəli sürdüyü şərtlərə dair mətbuatda yayılan məlumatları şərh etmir və danışıqlar prosesinin maraqları naminə açıqlamır.