Peskov: “Rusiya Ukraynadakı hərbi əməliyyatları sonadək davam etdirməlidir, bunun başqa yolu yoxdur”backend

Peskov: “Rusiya Ukraynadakı hərbi əməliyyatları sonadək davam etdirməlidir, bunun başqa yolu yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynada apardığı hərbi əməliyyatı sonadək davam etdirməlidir və bunun alternativi yoxdur.

Bu mövqeyi Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində yayımlanan “Moskva. Kreml. Putin” proqramında Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışarkən bildirib.

“Biz işimizi bilməliyik, işimizi görməliyik və işimizi sona qədər bitirməliyik. Bizim başqa alternativimiz yoxdur”, – Rusiya Prezidentinin mətbuat katibi bəyan edib.