Peskov Rusiyanın Almaniyanın aktivlərini ələ keçirməsi ehtimalını istisna etməyibbackend

Peskov Rusiyanın Almaniyanın aktivlərini ələ keçirməsi ehtimalını istisna etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın “Rosneft” şirkətinin Almaniyadakı törəmə müəssisələrinin milliləşdirilməsi ehtimalına cavab olaraq alman aktivlərinə həbs qoyulmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Editor.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

“Biz maraqlarımızı qorumaq və qanunsuz addımlara qarşı çıxmaq üçün heç nəyi istisna etmirik”, – Peskov bildirib.

O qeyd edib ki, Moskvanın Berlinlə əlaqəsi yoxdur, ona görə də Rusiya Federasiyası danışıqlar kanallarından istifadə edə bilməz: “Bu kanallar məhv edilib və itkin düşüb. Hələlik şirkət özü maraqlarını qoruyur. Əgər dövlətin nəyisə etməsi mümkündürsə, dövlət hər zaman şirkətlərin maraqlarını qoruyub”.

Kreml nümayəndəsi Almaniya tərəfinin “Rosneft”lə bağlı hərəkətlərini də “başqasının əmlakının özgəninkiləşdirilməsi” kimi qiymətləndirib. Fevralın 6-da Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi Rusiyanın neft-qaz şirkəti Rosneft-i 2022-ci ildən Almaniya Federal Şəbəkə Agentliyi tərəfindən xaricdən idarə olunan Rosneft Deutschland-ı milliləşdirmək niyyəti barədə xəbərdar edib.

//Gülnarə Abasova, Editor.az