Peskov Rusiyanın Ukrayna ilə danışıqlarda tutduğu mövqedən danışıbbackend

Peskov Rusiyanın Ukrayna ilə danışıqlarda tutduğu mövqedən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna ilə bağlı istənilən sülh təşəbbüsünü alqışlayır.

Editor.az xəbər verir ki, u barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov REN TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Çində keçiriləcək danışıqlarda Ukrayna münaqişəsi və onun həlli yolları məsələsi də müzakirə olunub. Peskov qeyd edib ki, Rusiya çinli həmkarlarının mümkün perspektivlər və vəziyyətin həlli üçün yeni təşəbbüslərin irəli sürülməsinin mümkün səbəbləri barədə baxışında maraqlıdır.

Qeyd edək ki, Pekində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin iştirakı ilə geniş tərkibdə Rusiya-Çin danışıqları başa çatıb.

//Gülnarə Abasova, Editor.az