Kremlin sözçüsü Dmitri Peskov Talibanın rus diplomatların təhlükəsizliyi üçün zəmanət verdiyini açıqlayıb.
Editor.az xəbər verir ki, Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlama verən Peskov Talibanın rus diplomatları üçün verdiyi bütün zəmanətlərə hörmət etdiyini və hamısını yerinə yetirdiyini deyib. Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinə Əfqanıstanda baş verənlərlə bağlı mütəmadi olaraq məlumat verilir. Kreml sözçüsü, son bir neçə həftə ərzində Putinin hər gün bir sıra telefon zəngləri etdiyini və bu müddət ərzində Əfqanıstanda baş verənlərlə bağlı fikirlərini bölüşdüyünü söyləyib.
//Gülnarə Abasova, Editor.az

