Peskov: “Taxıl müqaviləsinin uzadılması ilə bağlı perspektivlər hələ çox qənaətbəxş deyil, çünki…”backend

Peskov: “Taxıl müqaviləsinin uzadılması ilə bağlı perspektivlər hələ çox qənaətbəxş deyil, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taxıl sazişinin uzadılması perspektivləri hələ ki o qədər də optimist deyil, çünki sazişin ikinci hissəsi icra olunmayıb”.

Editor.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə gündəlik mətbuat konfransında Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov ötən həftə verdiyi açıqlamada taxıl müqaviləsinin Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracı ilə bağlı hissəsinin hələ də həyata keçirilmədiyini bildirərək, mayın 18-dən sonra müqavilənin uzadılması ehtimalının çox da yüksək olmadığını bildirmişdi.

Qeyd edək ki, qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl daşınması sazişi iyulun 22-də İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya, Türkiyə və BMT arasında imzalanıb. Müqavilə ilk olaraq 2022-ci ilin noyabrında 4 ay, nəhayət, martın 14-də əldə olunan razılaşma ilə 18 may 2023-cü il tarixinə qədər daha 60 gün uzadılıb. Rusiya lideri Putin 60 günlük müddət bitdikdən sonra martın 19-dan uzadılan taxıl müqaviləsinin növbəti dəfə uzadılmasına dair razılaşma olmadığı təqdirdə Afrika ölkələrinə pulsuz taxıl göndərəcəklərini vəd edib. Putin Ukraynadan ixrac edilən taxıl məhsullarının 45 faizinin Avropa ölkələrinə, yalnız 3 faizinin isə Afrika ölkələrinə göndərildiyini də vurğulayıb.

//Gülnarə Abasova, Editor.az