Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, taxıl sazişinin uzadılması üzrə işlər davam edir, lakin hələlik ciddi irəliləyiş yoxdur, çünki Rusiyaya verilən vədlər yerinə yetirilməyib.
Editor.az xəbər verir ki, gündəlik mətbuat konfransında jurnalistlərlə görüşən Peskov taxıl müqaviləsində son vəziyyətlə bağlı məlumat verib.
Peskov deyib ki, taxıl sövdələşməsi ilə bağlı vəziyyət açıq- aydındır: “Qərarlar razılaşmanın son tarixləri nəzərə alınmaqla hazırlanacaq və vaxtı gələndə açıqlanacaq”. Rusiya və Ukrayna taxılının ərzaq böhranı yaşayan ölkələrə çatdırılması məqsədi daşıyan və 22 iyul 2022-ci ildə qüvvəyə minmiş Taxıl Dəhlizinin Rusiya taxılının və gübrələrinin ixracı bölməsinin icrasındakı nöqsanlar ödəniş problemlərinin daxil edilməsi nəticəsində yaranıb.
Razılaşmanın daşımaların kəsilməsi kimi problemlər səbəbiylə müddətin uzadılmayacağı gündəmdədir. Mayın 17-də prezident Rəcəb Tayyib Ərdoğan Qara dəniz taxıl dəhlizi sazişinin heç bir dəyişiklik edilmədən iyulun 17-dək uzadıldığını açıqlayıb. Lakin müqavilənin Rusiya hissəsində götürülmüş öhdəliklərin yerinə yetirilməməsi müqavilənin gələcəyini təhlükə altına almaqda davam edir.
//Gülnarə Abasova, Editor.az

