Kremlin sözçüsü Dmitri Peskov Yaxın Şərqin müharibə xaosuna sürükləndiyini və bunun coğrafi yaxınlığa görə Rusiya üçün potensial təhlükə yaratdığını bildirib.
Editor.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.
“Region bizim üçün infrastruktur baxımından, infrastruktur layihələrinin inkişafı baxımından vacibdir. Region bu cür təlatümlü xaosa, əslində müharibə xaosuna sürüklənərkən, bu, əlbəttə ki, bizim üçün yaxşı hal deyil. Bu vəziyyət bizi yalnız üzür”, – Peskov bildirib.
Rusiyanın İranla strateji ortaqlığı və İsraillə kifayət qədər etibarlı münasibətləri olduğunu vurğulayan Peskov sözlərini belə davam etdirib:
“Biz okeanın o tayında deyilik, axı bu bölgə coğrafi baxımdan bizə yaxındır, bu bölgə elə bir bölgədir ki, bizim çoxdan çox inkişaf etmiş əlaqələrimiz var. Sərhədlərimizdə qeyri-sabitliyin belə bir fokusunun olması da potensial olaraq çox təhlükəli nəticələrə səbəb ola bilər. Bütün bunların son dərəcə mənfi nəticələri olacaq”.
//Gülnarə Abasova, Editor.az