Peskovdan NATO bəyanatı : “Alyansın genişlənməsi Avropa üçün böyük təhlükəsizlik vəd etmir”backend

Peskovdan NATO bəyanatı : “Alyansın genişlənməsi Avropa üçün böyük təhlükəsizlik vəd etmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Finlandiya və İsveçin NATO-ya qoşulması Avropaya  böyük təhlükəsizlik və sabitlik gətirməyəcək”.

Editor.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“NATO münaqişə vasitəsidir, sülh və sabitliyi təmin edən bir ittifaq deyil. Ona görə də alyansın genişlənməsi  Avropaya əlavə təhlükəsizlik vəd etmir “, -deyə Peskov bildirib.

Qeyd edək ki, NATO Xarici İşlər Nazirləri Toplantısında İsveç və Finlandiyanın NATO üzvlüyü müzakirə edilib. NATO-nun baş katibi Yens Stoltenberq vurğulayıb ki, əgər iki ölkə alyansa qoşulmaq istəsə, bu, dərhal həyata keçiriləcək.

//Editor.az