Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın “İzvestiya” qəzetinə açıqlamasında Strateji Silahların Azaldılması Müqaviləsi ilə bağlı mövqeyini xatırladıb və ABŞ-a “START” mesajı verib.
Editor.az bildirir ki, Peskov Ukraynanı silahlandıran NATO-nun indi rəqib kimi deyil, düşmən kimi çıxış etdiyinə diqqət çəkib.
“Vaşinqton Moskvanın fikrini dinləməyincə START müqaviləsində olmayacağıq”.
Onu da qeyd edək ki, Rusiya prezidenti Putin keçən həftə ölkəsinin START müqaviləsini dayandıracağını açıqlayıb.
//Safura Bənnayeva, Editor.az