Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynaya səfərə gəlib.
Editor.az bildirir ki, bu barədə jurnalist Vitadli Qlaqola Telegram-da məlumat verib.
“Peter Siyarto Kuleba ilə görüşmək üçün Transkarpatiyaya gəlib. Onun korteji sərhədi keçərək Transkarpatiyada dayanıb”, – Qlaqola yazıb.
O xatırladıb ki, bu gün Siyarto Ujqorodda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüş keçirməlidir.
//Samir Qurbanov, Editor.az

