Peter Stoyanov: “Heydər Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb”backend

Peter Stoyanov: “Heydər Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bolqarıstanla Azərbaycan arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Bu əlaqələrin möhkəmlənməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mühüm rolu olub.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın eks-prezidenti Peter Stoyanov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Heydər Əliyev öz siyasi müdrikliyi ilə Azərbaycanı qlobal arenaya çıxarıb.

“O, Azərbaycanı münaqişə dövründə (90-cı illərdə) ölkənin üzləşdiyi çətinliklərdən və təhlükələrdən xilas edib”, – o əlavə edib.