Petkim şirkətinin rəhbərliyində təmsil olunan şəxs Türkiyə Mərkəzi Bankının yeni sədridirbackend

Petkim şirkətinin rəhbərliyində təmsil olunan şəxs Türkiyə Mərkəzi Bankının yeni sədridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Respublikasının Mərkəzi Bankının sədri Murat Uysal vəzifəsindən azad edilib.

Türkiyə mətbuatının məlumatına görə, ölkənin Mərkəzi Bankının yeni sədri olaraq Naci Ağbal seçilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əmr imzalayıb.

Naci Ağbal bundan əvvəl ölkənin maliyyə strukturlarında rəhbər vəzifələri icra edib. Eləcə də, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki hissəsi olan “SOCAR Türkiyə”nin nəzdində fəaliyyət göstərən PETKİM şirkətinin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.

Qeyd edək ki, Türkiyənin Mərkəzi Bankının keçmiş sədri Murat Uysal Türkiyənin valyuta  bazarındakı kəskin dalğalanmalar nəticəsində rəhbər vəzifəsindən uzaqlaşdırılıb. Bankın son iclasında investorların faiz artımı tələbi geri çevrilib. Nəticədə, ölkədə dollar və avro məzənnəsi siyasi gərginliklə birlikdə sürətlə artmağa başlayıb.