Peyvəndə qarşı əks-göstəriş sertifikatı verilən vətəndaşların sayı açıqlandıbackend

Peyvəndə qarşı əks-göstəriş sertifikatı verilən vətəndaşların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə vətəndaşlara verilən əks-göstəriş sertifikatlarının sayı açıqlanıb.

Editor.az Trend-ə istinadən bildirir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova  açıqlamasında bildirib ki, COVID-19 peyvəndi vurdurmağa qarşı əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib.

Bu günə qədər ümumilikdə 1000-ə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar.