Peyvəndlərdə xarici maddənin aşkarlandığı Yaponiyada ikinci dozadan sonra 3 nəfər ölübbackend

Peyvəndlərdə xarici maddənin aşkarlandığı Yaponiyada ikinci dozadan sonra 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən həftə Yaponiya Səhiyyə Nazirliyi təxminən 560 min peyvənd flakonunda bir sıra “xarici maddə” dozasının aşkar edildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu açıqlamadan sonra ikinci doza peyvənd olunan üç nəfər həyatını itirib. Səhiyyə Nazirliyi hələ ki, ölənlərlə vaksin arasındakı əlaqəyə aydınlıq gətirməyib.

The Guardian” -dakı xəbərə görə, yad  maddə aşkar edilməsi səbəbiylə 1,63 milyon doza “Moderna” peyvəndin istifadəsi dayandırılıb.  Xarici maddə aşkara çıxana qədər, peyvəndlərin bir hissəsi insanlara vurulub. Yaponiyada peyvənddən sonra  ölüm xəbəri ilk dəfə keçən ay gəldi. 30 yaşlarında heç bir xəstəliyi olmayan iki kişi ikinci peyvənd dozasından sonra ölüb.

11 avqustda ikinci peyvənd dozasını alan 49 yaşlı bir kişinin ertəsi gün öldüyü bildirilib. Ölən şəxsin yalnız qarabaşağa allergiyası olduğu deyilir.

//Gülnarə Abasova, Editor.az