İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana gəlir.
Editor.az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq İran İslam Respublikasının ölkəmizdəki səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, prezident noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Xatırladaq ki, bu, Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra Azərbaycana ilk səfəri olacaq.