İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın şüarlarından qorxaraq Tehranın nüvə məsələsində mövqeyindən əl çəkəcəyini düşündüyünü, lakin İranın namusunu heç kimlə sövdələşmə predmetinə çevirməyəcəyini bildirib.
Editor.az bu barədə Fras agentliyinə istinadla xəbər verir.
“Tramp düşünür ki, onun şüarlarından qorxacağıq və İranı iflasa sürükləyəcəyi ilə bağlı təhdidlərinə boyun əyəcəyik. Biz bu dövlətin namusuna qarşı heç kimlə müqavilə bağlamayacağıq”,- o bildirib.
Tramp daha əvvəl demişdi ki, Tehran nüvə sazişini rədd etsə, İranın neft tədarükünü sıfıra endirəcək və ölkəni iflasa aparacaq.
//Gülnarə Abasova, Editor.az