Pezeşkian sərvətindən danışdı: Təbrizdə evim, Urmiyada…backend

Pezeşkian sərvətindən danışdı: Təbrizdə evim, Urmiyada…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ürək cərrahı olmağıma və bu sahədə uzun illərlə işləməyimə, dostların təkidlərinə baxmayaraq, klinika açmaq və tibbi fəaliyyətlə məşğul olmaq üçün dövlətdən dəstək almamışam.

Editor.az axar.az-a istinadən bildirir ki,  bu barədə İranın yeni Prezidenti Məsud Pezeşkian deyib.

O, bütün varidatının məlum olduğu və məlum olanlardan başqa heç nəyinin olmadığını söyləyib:

“Tehran və Təbrizdə evim var. Urmiyada isə maaşım hesabına bir bağ sahəsi almışam. Təqaüdə çıxandan sonra orada işləyib, yaşamağı düşünürəm. Bunlardan başqa heç bir sərvətim yoxdur”.