Pezeşkiandan hədə: “Bundan başqa yol yoxdur”backend

Pezeşkiandan hədə: “Bundan başqa yol yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İsrail tərəfindən öldürülməsinə cavabı birmənalı və qəti olacaq.

Editor.az  teleqraf.com-a istinadən bildirir ki, bunu HƏMAS-ın Tehrandakı nümayəndəsi Xalid Kadumi deyib.

Onun sözlərinə görə, İran Haniyənin qətlinə ciddi cavab verəcək.

“İran Prezidenti Məsud Pezeşkian HƏMAS Qəzzadakı bürosunun sədr müavini Xəlil əl-Həyanı əmin edib ki, qətiyyətli addımlardan başqa heç nə İsmayıl Haniyənin qəsdən və məqsədyönlü şəkildə öldürülməsinin qisası sayıla bilməz”, – Kadumi vurğulayıb.

HƏMAS rəsmisi qisasla bağlı İrandan başqa vəd aldıqlarını da açıqlayıb:

“İran parlamentinin sədri Məhəmməd Bəkr Qalibaf da son bir neçə gündə HƏMAS rəsmiləri ilə görüşü zamanı söyləyib ki, İranın cavabı qəti və birmənalı, eləcə də xarakter və formaca fərqli olacaq”.