Pfizer və Moderna tərəfindən istehsal edilən Covid-19 peyvəndlərinin çox nadir bir yan təsiri Miyokardit( ürək əzələlərinin iltihabı) hesab olunur.
Editor.az xəbər verir ki, bu barədə Müstəqil Covid-19 Peyvənd Təhlükəsizliyi Monitorinq Şurası (CV-ISMB) açıqlama verib.
Açıqlamada peyvəndin faydalarının risklərindən çox olduğu bildirilir. Pfizer peyvəndinin ciddi xəstəlikdən və COVID-19 ölümündən qorunmaqda yüksək təsirli olduğunu vurğulanıb.
Prof. Dr. John Tait peyvəndləmə ilə əlaqədar əsas və ciddi yan təsirlərin hərtərəfli araşdırılmasının vacib olduğunu söyləyib. Dr. Tait bu araşdırmanın nəticələrini geniş şəkildə əldə edəcəklərini bildirib.
//Gülnarə Abasova, Editor.az
.

